.

Energetika naziri Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) onlayn formatda keçirilən 22-ci Nazirlər Görüşündə iştirak edib. Tədbirdə Foruma sədrlik edən Əlcəzairin energetika naziri Abdelmadjid Attar, Baş katib Yuri Sentyurin və digər nazirlərlə yanaşı Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib.
AFİA.AZ xəbər verir ki, çıxışda COVID-19 qlobal pandemiyasının dünyada enerji sektoruna və təbii qaz sənayesinə təsiri, iqlim dəyişmələri və hidrogen enerjisindən istifadə kimi mövzulara toxunulub, aşağı karbonlu enerji mənbəyi kimi təbii qazın enerji transformasiyasındakı mühüm rolundan bəhs edilib. Ölkəmizin apardığı enerji siyasəti çərçivəsində həyata keçirilən transmilli layihələrin enerji təhlükəsizliyinə, sabitliyə, beynəlxalq əməkdaşlığa və inkişafa xidmət etdiyi qeyd edilib və buna bariz nümunə kimi Cənub Qaz Dəhlizi göstərilib. Bildirilib ki, yaxın vaxtlarda açılışı olacaq və Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq Transadriatik Boru Kəməri təchizat mənbələrini şaxələndirməyə imkan yaradır: “Avropanın cənubu Xəzər regionu ilə ilk dəfə birləşir və bu, 3500 kilometrlik dəhliz ətrafında regionların, ölkələrin inteqrasiyası, inkişafı, enerji təhlükəsizliklərinin möhkəmləndirilməsi deməkdir”.
Pərviz Şahbazov çıxışında Ermənistanın Azərbaycana hərbi təcavüzü kontekstində  avropalı, eləcə də digər ölkələrdən olan istehlakçıların neft-qaz təchizatlarının erməni təxribatlarının hədəfinə çevrilməsi məsələsinə də toxunub. Ermənistan tərəfindən məhz Azərbaycandan Avropaya gedən enerji dəhlizlərinin üstündə yerləşən məntəqələrin bombalandığı, bir neçə dəfə Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru kəmərlərinin, Qərb İxrac Boru Kəmərinin, Azərbaycanla Rusiya arasında mühüm enerji bağı olan Bakı-Novorossiysk neft kəmərinin, eləcə də regionun ən böyük istilik və su elektrik stansiyalarının bombalanmasına cəhdlərin edildiyi, Səngəçal neft və qaz terminalına hücumla bağlı təhdidləri diqqətə çatdırıb. “Bütün bu dağıdıcı niyyət və məqsədyönlü vandalizm aktları göstərdi ki, biz qlobal enerji, qaz bazarında sabitlik istəyiriksə, həm də münaqişəsiz bir geosiyasi mühitə nail olmalıyıq. Azərbaycanın öz ərazi bütövlüyünü, ədaləti qətiyyətlə bərpa etməsi, 30 illik münaqişəyə, işğala son qoyması həm də bu ali məqsədə xidmət edir. Bu aspektdə ərazilərimizin işğaldan azad edilməsi nəticələnən Ermənistanın hərbi kapitulyasiyası qlobal enerji layihələrinin təhlükəsizliyini, naliyyətlərimizin davamlılığını təmin edəcək”, deyə nazir bildirib.
Qaz İxrac Edən Ölkələr Forumu Nazirlərinin 22-ci Görüşü iki sessiyada işini davam etdirib.
Xatırladaq ki, Qaz İxrac edən Ölkələr Forumu ilk dəfə 2001-ci il 19-20 may tarixlərində İran İslam Respublikasının Tehran şəhərində Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Oman, Qətər, Rusiya, Türkmənistan və Norveçin nümayəndələrinin iştirakı ilə keçirilən 1-ci Nazirlər Görüşü zamanı təsis edilib, 23 dekabr 2008-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş 7-ci Nazirlər Görüşü zamanı isə beynəlxalq təşkilat statusu alıb.
26 Noyabr 2020 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib
12 Noyabr 2020 Energetika naziri Pərviz Şahbazov: Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələn qələbəmiz enerji layihələrimizin təhlükəsizliyini təmin edəcək
05 Noyabr 2020 ABŞ neft hasilatını azaldıb
04 Noyabr 2020 BFB-nin dövriyyəsi 16% azalıb - CƏDVƏL
02 Noyabr 2020 Qarabağın alternativ enerji potensialı dəqiqləşdiriləcək
30 Oktyabr 2020 Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində keçirilmiş videokonfransda Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib
21 Oktyabr 2020 Azərbaycan elektrik enerjisinin ixracını azaldıb
20 Oktyabr 2020 Azərbaycan şəkər ixracını 45% azaldıb
19 Oktyabr 2020 BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib
14 Oktyabr 2020 Dünya bazarında neftin qiyməti ucuzlaşır
13 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə  1833 müraciət qəbul edilib
09 Oktyabr 2020 Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 icazə verilib
07 Oktyabr 2020 Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində növbəti tədbir keçirilib
07 Oktyabr 2020 Dünya bazarlarında təbii qazın qiyməti cüzi artıb
01 Oktyabr 2020 Azərbaycanın Energetika naziri: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır.”
30 Sentyabr 2020 Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb
22 Sentyabr 2020 Bu ilin səkkiz ayında qaz hasilatı artıb
14 Sentyabr 2020 Bu ilin səkkiz ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb
09 Sentyabr 2020 Azərbaycan avqustda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib
09 Sentyabr 2020 Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür
07 Sentyabr 2020 Dünyanı ağır iqtisadi böhran gözləyir
29 Avqust 2020 Türkiyədən Azərbaycana xalça idxalı azalıb
26 Avqust 2020 Dünya bazarlarında təbii qazın qiyməti azalıb
25 Avqust 2020 Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
19 Avqust 2020 Azərbaycan nefti yenidən bahalaşdı
19 Avqust 2020 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı
12 Avqust 2020 Azərbaycanda nominal əməkhaqqı artıb
11 Avqust 2020 AMB-nin valyuta məzənnələri
08 Avqust 2020 Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
08 Avqust 2020 Partlayış baş verən qaz kəməri ilə bağlı - SOCAR-dan açıqlama+Yenilənib

Xəbər lenti