.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının bugünkü qonağı öz incəliyi, səhnə mədəniyyəti, istedadı ilə seçilən Yeganə Həbibovadır. AFİA.AZ istedadlı gənc Yeganə Həbibovanın müsahibəsini təqdim edir:

Ardını oxu...

.

"Dəyərli dostlar,hal hazırda pandemiya çox sürətli artır.
Bəzən elə hesab olunur ki, yüksək temperatur varsa, öskürək ,boğaz ağrısı və s əlamətlər varsa yalnız belə xəstələr COVİD dir !!!
Xeyr,bəzən olur ki,heç bir kliniki əlaməti yoxdur,laborator müyainədən keçəndə məlum olur ki,bu xəstə aktiv COVİD daşıyıcısıdır,bu xəstəliyi yüngül əzələ ağrısı ,yorğunluq hissi ilə asimptamatik ayaqüstü keçirir".



AFİA.AZ xəbər verir ki, bu fikirləri  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib.  O qeyd edib ki, belə daşıyıcılar bu dövrdə işdə ,avtobusda və hara gedirsə adi maskanı çənəsindən asırsa gün ərzində adi burun tənəffüsü vasitəsilə 100 lərlə insanı yoluxdurur:
"Şərt deyil öskürüb asqırmaq!
1. İş müəsslərində 2 həftədən bir COVİD ə görə test verilməlidir.
2. Açıq havada gün ərzində ən azı 1saat olmaq lazımdır(5 km məsafə qət edilməlidir)
Düzgün qidalanma ,idman ,normal yuxu rejimi immun sistemini gücləndirəcək,bu xəstəliyə yoluxsa da yüngül keçirəcək.
3.Çalışın çox insanla kontakt olmayın,olsanız da maskadan düzgün istifadə edin.Maskanı gün ərzində 3-4 dəfə dəyişin,çünki avtobusda sizin bilmədiyiniz nə qədər covid daşıyıcısı var və ya marketdə ,işdə...
Evə gələn dayələr və şofer mütləq test edilsin.
4.Qəti surətdə ad günləri,yas və s yerlərə getməyin!!! Kiminsə xətrinə dəyər gedim ad gününə və s.
Qəti surətdə ,əgər kimsə cahillik edib insanları toplayıb tədbir edirsə çox səhv edir!
Elə insanlar var covidi çox ağır keçirir,damarlarda tromb olub anidən həyatını itirə bilərlər.Özünüzü və ətragınızı təhlükəyə atmayın!
5.Əgər özünüzdə halsızlıq,əzələ ağrısı və s varsa dərhal müayinədən keçin!
6.Erkən diaqnoz tez sağalma deməkdir!!!
Allah xalqımızı Qələbə ilə sevindirdi,Şükürlər olsun!inşallah COVİD bəlası da yox olar!"-deyə Yazgül Abdıyeva bildirib.
.

Sizi Taanıyaq layihəsinin Müsahibim rublikasının qonağı  vətənpərvər,  istedadalı gənc yazar, 400-dən artıq şeir və 70-dən çox publisistik məqalənin müəllifi Sevindik Nəsiboğludur. 

Ardını oxu...

.

II Qarabağ savaşı zamanı 10 min erməni hərbçisi öz hərbi mövqelərini ataraq qaçıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin eks-komissarı general-mayor Levon Stepanyan deyib.

“Biz nə etməliyik? Onlar cinayətkardırlar. Onları cəzalandırmaq lazımdır. Amma 10 min adamı necə cəzalandırasan?” – deyə o bildirib.

Qeyd edək ki, fərarilik Ermənistanda ciddi müzakirə edilir və Stepanyan artıq ikinci dəfədir kütləvi hal olduğu üçün onları cəzalandırmağın mümkünsüzlüyünü etiraf edir.

.

10 yaşlı məktəbli Nüşabə Babayeva dünyaya çağırış edib.  Gəncə Terrorundan təsirlənən məktəbli Ermənistanın işğalçılıq siyasətini pisləyərək "Qarabağ Azərbaycandır!", "END THE OCCUPATİON!"- kimi şüarlarla çıxış edib: 
"Mən 10 yaşımda müharibə gördüm. Ermənistanın işğalçı olmalarının şahidi oldum. Ermənistanın  dediyi hər bir şey yalandır.
Paşinyan bir daha deyə bilməyəcək ki, Qarabağ Ermənistandır. Çünki biz hər kəsə göstərdik ki, Qarabağ Azərbaycandır.
Biz öz torpaqlarımızda döyüşürük. Mən inanıram ki, bizim qüdrətli ordumuz Qarabağı geri alacaq. Ermənistanın gözəl yerləri yoxdur deyə, 1991-1993-cü illərdə bizim ulu torpaqlarımızı işğal ediblər. Dağlıq Qarabağ, Şuşa, Laçın və digər yerləri.
Gəncədə baş verənlər heç vaxt yadımızdan çıxmayacaq. Ermənistanın raketləri mənim yaşıdlarımı anasız-atasız qoyub.
Şəhidlərimizin qanı yerdə qalmayacaq. Prezidentimiz, Ali Baş Komandan buna mütləq nail olacaq.
Yeniyetmələr, uşaqlar gənclər isə Qarabağın cənnətə çevrilməsi çağırışını birlikdə reallaşdıracağıq. Prezidentimizin nəvələri ilə birlikdə mən də bu missiyada fərəhlə iştirak edəcəyəm.Qarabağ Azərbaycandır. Biz birlikdə güclüyük. END THE OCCUPATİON!"

AFİA.AZ

 
.

EkoSfera” Sosial-Ekoloji Mərkəzin könüllüləri, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin
“Yaşıl Şəbəkə” ekoloji hərəkatının gənc üzvləri Ermənistanın Azərbaycana qarşı ekoloji terroru
barədə beynəlxalq təşkilatlara açıq məktub imzalayıb.
Məktubda deyilir:

 

Azərbaycan Respublikasının dövlət sərhədləri daxilində Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə bağlı münaqişə zəmnində Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti ərazilərin işğal edilməsi məqsədilə 27 sentyabr 2020-ci il tarixindən Azərbaycan Respublikasına qarşı başlayan hərbi təcavüz  və onun fəsadları yaşayış məntəqələri, dövlət və infrastuktur obyektləri ilə yanaşı ətraf mühit və onun tərkib hissələrinin də ciddi dəyişikliklərə məruz qalmasına təsirsiz ötüşmür. Azərbaycan Respublikasının müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrini, strateji əhəmiyyətli obyektlərin Mingəçevir su anbarı və Mingəçevir SES-i, Bakı-Tbilisi-Ceyhan (BTC), Cənubi Qafqaz Genişlənmiş Boru Kəməri (CQGBK) və Qərb İxrac Boru Kəməri (QİBK)-ni raket atəşləri ilə hədəfə alması Beynəlxalq Hüquq Prinsiplərinin kobud şəkildə pozulmasının və Ermənistanın mənfur terrorsit xislətinin bariz nümunəsidir.

Belə ki, müharibə zamanı münaqişə zonası və onun ətrafında olan aqro və biomüxtəlifliyə də ciddi ziyan dəyir. Atılan mərmilər və onların qəlpələri bitki örtüyünün dağılmasına, ağacların qırılmasına, heyvanların kütləvi təlafatına və yaşayış yerlərini itirməsinə səbəb olur. Torpaq örtüyünün, su hövzələrinin və havanın kimyəvi maddələrlə çirklənməsi həlli mümkün olmayan ekoloji problemlər yaradır. Quşların köç yollarından biri də Kiçik Qafqaz dağları üzərindən keçdiyi üçün münaqişə zonası köç edən quşların kütləvi qırılmasına və köç yollarının dəyişilməsinə gətirib çıxarır. Bu isə o deməkdir ki, hər iki dövlətin qoşulduğu beynəlxalq konvesiyaların tələbləri işğalçı ölkə olan Ermənistan tərəfindən pozulur: Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan su-bataqlıq əraziləri haqqında Konvensiya – Ramsar, İran 1971 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş); Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti – Vaşinqton, ABŞ 1973 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş) Miqrasiya edən vəhşi heyvan növləri haqqında  konvensiya – Bonn, Almaniya 1979 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş); Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa konvensiyası – Bern, İsveçrə 1979 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş); Bioloji müxtəliflik haqqında konvensiya – Rio da Janeyro, Braziliya 1992 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş);  Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında konvensiya – Fransa, Paris 1993 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş); Bitki mühafizəsi haqqında beynəlxalq Konvensiya – Roma, İtaliya 1951 (Azərbaycan və Ermənistan tərəfindən ratifikasiya olunmuş).

Azərbaycanın həm içməli su, həm suvarma, həm çay sularının, həm də enerji mənbəyi kimi istifadə olunan suların idarə olunmasında Mingəçevir su anbarı çox böyük əhəmiyyətə malikdir. Ermənistan tərəfindən region üçün strateji əhəmiyyətli Mingəçevir su anbarı və SES-in hədəf seçilməsi nəticəsində baş verə biləcək hər hansı bir ekoloji böhranı təsəvvür etmək çox çətindir. Beləki, SES-in zədələnməsi ölkənin ~1/3 hissəsinin elektriksiz qalmasına, su anbarının zədələnməsi isə ölkənin yarıdan çoxunun su altında qalmasına səbəb ola bilər.

Ermənistan silahlı qüvvələrinin mühüm dağıntılara səbəb ola bilən silahlardan istifadə etməsi nəticəsində raketin içində olan bombacıqlar Yevlax rayonunun Aran qəsəbəsindən keçən Cənub Qafqaz Genişlənmiş Boru Kəmərinin üzərinə, bir hissəsi həmin ərazidən keçən Qərb İxrac Boru kəmərindən 120 metr məsafəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərindən 100 metr məsafəyə səpələnib. Yüksək təzyiqli neft və qaz boru kəmərlərinin zədələnməsi təkcə Azərbaycan iqtisadiyyatında deyil, həmçinin Avropanın enerji təminatında ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Baş verə biləcək xoşagəlməz hadisə zamanı ətraf mühitə külli miqdarda xam neftin axması və ya qazın havaya qarışmasının topraq örtüyünə, atmosferə və biomüxtəlifliyə əhəmiyyətli dərəcədə mənfi təsirləri qaçılmazdır. Boru xəttləri əsasən əkin sahələrindən keçdiyi üçün kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər.

Cenevrə Konvensiyasının (1949) I Protokolunda yer alan ətraf mühitin qorunması və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda ətraf mühitə dəyən ziyan haqqında  (Maddə 8 (2) (b) (iv)) bəndlərini pozan Ermənistan hökümətinin beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülməlidir.

Biz, bu gün Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi barədə dünyanın bütün ekoloji təşkilatlarının və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, eləcə də, yuxarıda qeyd olunanların təsir və nəticələrini ictimaiyyətə və beynəlxalq qurumlara çatdırmaq məqsədilə hər kəsi  BMT-nin 6 noyabr (Dünya silahlı münaqişələrdə ətraf mühiti qoruma) gününə həsr olunmuş “EkoSfera” Sosial-Ekoloji Mərkəzin könüllüləri və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” ekoloji hərəkatının gənc üzvləri tərəfindən Ermənistanın aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyirik.

 

14 oktyabr, 2020     
 “EkoSfera” Sosial-Ekoloji Mərkəzin könüllüləri;

Azərbaycan   Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin
“Yaşıl Şəbəkə” ekoloji hərəkatının gənc üzvləri

 

 

 

 

 

 

PhD. Firuzə Sultan-zadə

Rəhbər
"EkoSfera" Sosial-Ekoloji Mərkəzi (QHT)

 

 

 

.


Azərbaycanda sahibkarların, özəl şirkətlərin Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyi davam edir.

AFİA.AZ xəbər verir ki,  ölkədə boya ixracatında lider markalardan biri olan “Hob Boya” şirkəti də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün zəfər yürüşünə çıxmış şanlı Silahlı Qüvvələrimizin Yardım Fonduna 10 min manat ianə köçürüb.

.

Sözün açığı, ötən çox pozuntulu atəşkəs rejimi bizi hədsiz bezikdirmişdi. Qan ağlayan dədə-baba yurdumuza sentyabrın 27-dən etibarən qüdrətli ordumuzun başladığı xilaskar yürüşü davam etdikcə düşmənin iç üzü bütün nöqtələrə qədər açılır. Həqiqətən savaş meydanında tək qalmaq erməni işi deyilmiş. Uzun-uzadı yalvarış da nəticə vermir. Yiyəsiz qalan haylar başına döyə-döyə qalıblar. Di gəl ki, ermənisayağı yalan susmur.

Öz murdar məqsədilə min bir hiylə quraraq milli əxlaqını dünya xalqlarının ayaqları altına salan daşnakların gözünə düz də əyri görünür. Nəsildən-nəsilə ötürülən erməni əxlaq köynəyi yalançılıq siyasəti üzündən cırıq-cırıqdır. Ötən üç on ildə super güclərin hünərinə əldə etdiyi “sülh kartını” itirdiklərinə görə tükənməz güc toplayan Azərbaycan Ordusunun nə yerdə od saçan qüvvələrinin, nə də sərrast atəşli “səma qoşunlarımızın” yumruğu altında zəlil olublar. Erməni əsgərinin qanı su yerinə axır.

Fərari mövcudluğu hər bir ordu üçün təbii bir haldır. Ona görə ki, savaşa gedən əsgərlərin içərisində müxtəlif psixoloji xüsusiyyətlərə malik gənclər olur. Biri səngər od-alovuna tez alışır, biri müəyyən qədər tərəddüdlü anlar keçirir, biri isə ölüm saçan güllələrdən özünü qoruya bilmədiyinə görə təlaş içərisində geri çəkilir. Geri çəkilənlərin də bir neçəsi o dərəcədə şiddətli stress halları keçirir ki, hətta yerində sərbəst dayana bilmir, müxtəlif bəhanələr uyduraraq cəbhə bölgəsini tərk edir və fərariliyi üstün tutur.

Mən 1-ci Qarabağ savaşında fərariliklə bağlı konkret halları görmüşəm. Bu gün çox fəxredici hisslərlə yaşayıram ki, təkmil ordu qurmuşuq, bir nəfər də fərarimiz yoxdur. Hətta inam potensialım o qədər yüksəlib ki, bu barədə nəsə eşitsəm də yalnız qeyri-ixtiyari bir halda şübhə edərəm. Bir neçə gün əvvəl “N” saylı hərbi hissədə səfərbərlik edilən əsgərlərlə görüşən zaman mövcud mənəvi-psixoloji durumun yüksəkliyi məni çox valeh etdi. Hər yanda uğurlu hərbi əməliyyatlarımızın şadlıq təntətənəsi hökm sürürdü. Sırada dayanmış formaca çəlimsiz bir əsgər diqqətimi özünə cəlb etdi. O da nikbin baxışlarla mənə nəzər yetirirdi. Laqeyd qala bilmədim. Zarafatyana bir sual verdim:

- Əsgər, görürəm ki, sən silahını zorla saxlayırsan. Bu halda necə döyüşə girəcəksən?!

Zarafatımı tez duyan əsgər məni cavabsız qoymadı:

- Mənim belə bədən zəifliyimə baxmayın. Siz deyən qədər sısqa deyiləm. Ürəyim aslan ürəyidir. Dığaları bu silahımla qurdlara leş edəcəyəm, inşallah!

Hikbin və qürurlu əsgərimizi qucaqlayıb öpdüm, uca bir səslə “eşq olsun, Azərbaycan əsgərinə” deyərək hamını sürəkli surətdə əl çalmağa səslədim...

Düşmən tərəfdə isə fərariliyin sayı hər gün artır. Ermənistan saytlarının verdiyi məlumatlara görə ön atəş xəttində döyüş postunu boş qoyub qaçanların sayı 4 mini keçib. Bu rəqəm erməni dilindən deyilibsə, demək, ikiqat azaldılıbdı. Fərariliyin səbəbini silah-sursatın yoxluğu, azuqə çatışmazlığ, yanacağın tamam yoxa çıxması və sair qıtlıq hallarının çoxalması ilə əlaqələndirən bəzi erməni xəbər potalları daha hünərli danışmağa söz tapmırlar. Əksər düşmən saytları isə yalnız dezinformasiya fəaliyyətinə güc verir, cəfəng fikirlər söyləyir, şər-böhtan atır, mənasız təhdidlər edir, yersiz lovğalanırlar.

Məsələn, oktyabrın 5-də “Aravot-ru.am” saytında Vaqram Poqosyan adlı bir erməninin yayımlanan teleqramında açıqlanır ki, guya Gəncə şəhərimiz düşmənin raket zərbələrindən sonra yaman gündədir, hətta arxeoloqlar gələcəkdə Gəncənin yerini tapa bilməyəcəklər. Mən bir gəncəli kimi bu səfeh dığa xəbərinin dərin iztehza doğuran saxtalığından xeyli gülmüşəm. Axı, uludan-ulu nəhəng Gəncəmiz bir-iki raketə əyilənmi şəhərdir?! Bu gün gəncəlilər böyükdən-kiçiyədək döyüş ruhunda nəfəs almaqdadır.

“Aravot-ru.am” saytının bu masqaralı yalan xəbəri sübut edir ki, daha Ermənistanda sağ-əməlli düşünən bir adam qalmayıb. Erməni yalnız yalan becərir, yalan istehsal edir, yalan satır, yalan alır, yalan yeyir və ən nəhayət, yalan doğurlar. Milli əxlaq köynəyi çırıq-çırıq olan bir murdar millətdən nəsə mərifətli bir söz və ya fikir gözləməyə dəyərmi?!

Müdrik Ali Baş Komandanımız İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında çox dəyərli müsahibəsindən sonra Ermənistanın başıboş rəhbəri Nikol Paşinyanın utanıb qızarmadan açıqladığı cəfəng və yalan dolu xəbərlərindən birini xatırlatmaq istəyirəm. Nikol məruz qaldığı real məğlubiyyəti öz xeyrinə yozmağa can atır. Deyir ki, guya Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənin təhdidi altındadırlar. Deyilənə görə, Türkiyə bu münaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır.

Deyin görək bu fikirlər hansı reallığa sığar?! Necə olur ki, 10 milyonluq bir xalqın 2 milyonluq bir ölkəyə gücü çatmır? Söz yox ki, deyilən əsassız bu mühakimə yalnız qorxu hisslərini gizlədə bilməyən, ruhi cəhətdən naxoş bir ölkə başçısının iyrənc üslubda

formalaşdırılmış mövqeyini canlandırır. Guya Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır. Nikol utanmadan söyləyir ki, onda belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında bəzi toqquşmalar baş verib. Guya bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqollu məhsullar satışını dayandırsınlar...

Hədsiz məzəli mahiyyət daşıyan bir saxta faktdır. Həyatda çox görmüşük ki, bəzən yalanın kiçik bir doğru çaları da ola bilər. Azərbaycan Ordusunun xilaskar yürüşünün təsirindən başını itirmiş Nikol Paşinyanın sözlərində isə bir nöqtəlik də doğru çalar sezilmir. Gerçək bir haldır ki, cırılan milli əxlaq köynəyi onu daha iyrənc bir hala salmışdır...

İbrahim MƏSİMOĞLU

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

.

Aylardır davam edən Covid-19 pandemiyasının ən çox zərər verdiyi sahələrdən biri də təhsil sektorudur. Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bu ilin martın 3-də Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırıldı. Dərslər isə onlayn şəkildə keçirildi. Məktəblər yalnız yeni tədris ilində - sentyabrın 15-də açılıb. Amma necə? Bütün məktəblər və məktəblilər yeni dərs ilinə hazır idimi?! Həftədə iki dəfə canlı, qalan günlər onlayn dərs keçən şagirdlərin hamısı dərsə qoşula bilirmi? Heç maraqlanan oldumu ki, hansı məktəblinin evində komputer var yoxsa yox, eyni ailənin iki, üç uşağı məktəblidirsə, eyni vaxtda dərsə qoşula bilmə imkanı varmı, mq-la qoşulmağa imkanları varmı, internetləri varmı, internetə pul ödəməyə imkanları varmı, dərsə qoşula bilməyən məktəblilərin keçirdikləri narahatçılığı, psixoloji gərginlikləri ilə maraqlanan oldumu aidiyyatı qurumlardan?

Ardını oxu...

.


 Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünlərdə AzTV, İTV və “Real” TV-yə geniş müsahibə verdi. Müsahibədə bütün digər önəmli məqamlarla yanaşı, elan olunmamış müharibənin acı nəticələri fonunda işğalçı Ermənistanın yeni həmlə cəhdləri və əlbəttə, Azərbaycanın cavab tədbirləri barədə fikirlər xüsusi yerə sahibdir.

Ardını oxu...

Xəbər lenti